20 C
Baku
Şənbə, May 28, 2022

“MFX-Trading İnvestisiya Şirkəti”nin zərəri 4 dəfədən çox artıb

“MFX-Trading İnvestisiya Şirkəti” ASC 2021-ci ili 217 min 771 manat zərərlə başa vurub. 2020-ci ildə investisiya şirkətinin zərəri 53 min 425 manat olub ki, bu da illik müqayisədə 4.1 dəfə çoxdur.

Banker.az bu barədə investisiya şirkətinin maliyyə hesabatına istinadən xəbər verir.

2021-ci ildə “MFX-Trading İnvestisiya Şirkəti”nin gəlirləri 21 min 553 manat (əvvəlki ilə nisbətən 3 dəfə azalma), ümumi gəlir və inzibati xərcləri 239 min 323 manat (əvvəlki ilə nisbətən 4.4 dəfə artım) olub.

“MFX-Trading İnvestisiya Şirkəti”nin ötən il əməkhaqqı xərcləri 103 min 428 manat, sosial müdafiə/məşğulluq fondu xərcləri 18 min 782 manat, rabitə xərcləri 1 190 manat, amortizasiya xərcləri 14 min 996 manat, bank xərcləri 3 min 690 manat, reklam xərcləri isə 10 min 408 manat təşkil edib.

Ötən il investisiya şirkətinin aktivləri 503 min 227 manat olub ki, bu da 1 il əvvələ nisbətən 12% artımdır.

Xatırladaq ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “MFX-Trading İnvestisiya Şirkəti”nu 2020 ilin avqust ayında dövlət qeydiyyatına alıb. Şirkətin nizamnamə kapitalı 770 min manatdır və qanuni təmsilçisi Zahir Dünyamalı oğlu Abdullayevdir.

 

Son xəbərlər
Oxşar xəbərlər