21 C
Baku
Sunday, June 15, 2025

“MFX-Trading İnvestisiya Şirkəti” mənfəətə çıxıb

“MFX-Trading İnvestisiya Şirkəti” 2024-cü ili 712,8 min manat xalis mənfəətlə başa vurub. Halbuki, ötən il şirkət 143,1 min manat zərər etmişdi.

Banker.az bu barədə investisiya şirkətinin illik maliyyə hesabatına istinadən xəbər verir.

Mənfəətə əsas səbəb 995,9 min manatlıq əməliyyat gəliridir – bu göstərici 2023-cü ildə cəmi 198 manat olub. Əməliyyat xərcləri də artaraq 282,7 min manata çatıb. Öncəki ildə  bu göstərici 143,3 min manat idi.

Maliyyə vəziyyəti də əhəmiyyətli dərəcədə yaxşılaşıb. Şirkətin aktivləri bir il ərzində 391,6 min manatdan 1,1 milyon manata yüksəlib. Xalis kapital isə 241,6 min manatdan 1,1 milyon manata çatıb. Öhdəliklər minimal olaraq 191 manat təşkil edir.

Xatırladaq ki, “MFX-Trading İ.Ş.” ASC 2020-ci ildə təsis edilib. Hazırda 1 110 000 manat nizamnamə kapitalının 100% payçısı Samir Xəlilov Əlövsət oğludur. S.Xəlilov 2024-cü ildən etibarən əsas səhmdar olub. Buna qədər investisiya şirkətinin səhmdarlar Anar Nəbiyev (40%), Cəmşid Novruzov (34%) və Zərifə Həsənova (26%) adlı fiziki şəxslər idi. İnvestisiya şirkəti bağlanan “MuğanBank”a yaxın şirkətlərdən biri idi.

Son xəbərlər
Digər xəbərlər