“MFX-Trading İnvestisiya Şirkəti” ASC nizamnamə kapitalını 190 min manat və yaxud 25% artırır.
Banker.az xəbər verir ki, şirkət nizamnamə kapitalını 770 min manatdan 960 min manata çatdırır.
Kapital artımı üçün dövriyyəyə hər birinin nominal dəyəri 200 manat olan 950 ədəd yeni səhm buraxılacaq.