“MFX-Trading İnvestisiya Şirkəti”nin bu ilin yanvar-sentyabr aylarında Bakı Fond Birjasında apardığı əməliyyatların həcmi 170 milyon 349 min manat təşkil edib.
Banker.az xəbər verir ki, bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 2.6 dəfə və ya 280 milyon 63 min manat azdır.
Halbuki, şirkətin 2024-cü ilin eyni dövründə bu göstərici 450 milyon 412 min manata bərabər olmuşdu.
İnvestisiya şirkətinin portfelinin əsas hissəsini əsasən repo əməliyyatları və dövlət istiqrazları təşkil edib. Belə ki, bu dövrdə şirkətin dövriyyəsinin 86.17 mln. manatı repo əməliyyatlarının, 32,65 mln. manatı dövlət istiqrazlarının payına düşüb.
Portfeldə korporativ istiqrazların payı 775 min manat, ARMB-nin qiymətli kağızları isə 50.8 milyon manat təşkil edib.