11 C
Baku
Monday, November 25, 2024

“Mgb Lo Ofisis (Azərbaycan)”a 15 min manatadək cərimə protokolu yazılıb

“Mgb Lo Ofisis (Azərbaycan)” Qapalı Səhmdar Cəmiyyətinə cərimə protokolu yazılıb.

Banker.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsi ilə inzibati protokol tərtib olunub.

İşə Bakı Şəhəri Səbail Rayon Məhkəməsində hakim Günel Səmədovanın sədrliyi ilə baxılacaq.

İnzibati Xətalar Məcəlləsinin 598.7-ci  maddəsinə görə  bu Məcəllənin 598.1-ci və 598.4-cü maddələrində nəzərdə tutulmuş xətaların qeyri-maliyyə institutları və peşə sahibləri tərəfindən törədilməsinə görə vəzifəli şəxslər səkkiz yüz manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on beş min manatadək məbləğdə cərimə edilir.

Son xəbərlər
Digər xəbərlər