16 C
Baku
Çərşənbə axşamı, Oktyabr 19, 2021

MHP nümayəndə heyəti Şuşada inşa ediləcək məktəbin yerini müəyyənləşdirəcək

faizlere

Milliyətçi Hərəkat Partiyasının (MHP) sədr müavini Mövlüd Karakaya, Ülkü Ocaqlarının rəhbəri Ahmet Yiğit Yıldırım və Isparta bələdiyyəsinin sabiq sədri Yusuf Ziya Azərbaycana səfər edəcəklər.

Bu barədə MHP-nin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, qonaqlar ilk olaraq paytaxt Bakı şəhərində bir sıra görüşlər keçirəcəklər.

Onlar daha sonra azərbaycanlı rəsmilərlə Şuşada araşdırma aparacaq və orada inşa ediləcək məktəbin yerini müəyyənləşdirəcəklər.

Qeyd edək ki, MHP sədri Dövlət Baxçalının göstərişi ilə Şuşada “Ülkü Ocaqları Təhsil və Mədəniyyət Vəqfi” tərəfindən Üzeyir Hacıbəyovun adını daşıyan məktəbin inşa edilməsi təklif edilib.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər