8 C
Baku
Friday, December 13, 2024

Michael Bloomberg ən zəngin insanlardan və korporasiyalardan $5 trln. vergi toplamağı təklif edir

Nyu-Yorkun keçmiş meri Michael Bloomberg ən zəngin insanların və ABŞ büdcəsinə 5 trilyon dollara qədər gəlir gətirə biləcək iri şirkətlərin gəlirindən 5% vergi tutmağı təklif edib. Xatırladaq ki, milyarder 2020-ci il prezident seçkilərində namizədlərdən biridir.

Michael Bloomberg qeyd edir ki, yeni qaydalar vergi ödəyicilərinin 0,1%-dən az olan hissəsinə şamil edilir. Eyni zamanda milyarder bərabərsizliyi artıran vergi islahatlarını ləğv etmək niyyətində olduğunu bildirib.

Banker.az “Forbes.ru”ya istinadən xəbər verir ki, Bloomberg vergilərin ödənilməsinə nəzarəti gücləndirmək üçün lazımi tədbirlər görəcəyini bildirib. Ayrıca əmlak vergisi haqqında da söhbət gedib, milyarder bahalı əmlakı əhatəyə almaq üçün həddi azaltmağı təklif edib.

Bu və digər tədbirlər ABŞ büdcəsinə növbəti on ildə 5 trilyon dollar əlavə gəlir gətirəcək. Vəsaitlərin səhiyyə, infrastruktur, mənzil və digər sahələrə xərclənməsi təklif olunur.

“Təqdim etdiyim plan zəngin şəxslərdən və korporasiyalardan vergi tutmalarını artırır, boşluqları aradan qaldırır, vergidən yayınma ilə mübarizə aparır, əmlak vergisini artırır və investorların işçilər üzərində vergi üstünlüklərini azaldır”, – Bloomberg CNBC-yə verdiyi müsahibədə bildirib.

“Forbes” un qiymətləndirmələrinə görə, Michael Bloomberg-in sərvəti 55,5 milyard dollar təklif edir. Biznesmen dünyanın ən zəngin insanları sırasında doqquzuncu yer tutur.

Son xəbərlər
Digər xəbərlər