11 C
Baku
Monday, November 25, 2024

Michael Jackson-un ABŞ-a $702 milyon borcu var

Michael Jackson artıq dörd ildir ki, dünyasını dəyişib. Lakin bu günlərdə onunla bağlı yeni bir xəbər peyda oldu. Michael Jackson-un dünyasını dəyişməsinə baxmayaraq, o ABŞ-ın vergi idarəetmə orqanlarına 702 milyon dollar borcludur. İdarəetmə orqanının nümayəndələri artıq bu haqda məhkəməyə iddia ilə çıxış ediblər.

Sənədlərdə belə qeyd edilir ki, ekspertlər pop kralının vəfat etdiyi vaxt 7 milyon dollar sərvətə sahib olduğunu hesablamışlar. Lakin vergi orqanları belə iddia edirlər ki, onun sərvəti 1 milyard 125 milyon dollara bərabərdir. Orqanın hesablamalarına görə, 5 il ərzində Jackson-un dövlətə olan borcu vergi qismində 505 milyon dollar, cərimələr qismində isə 197 milyon dollar təşkil edir.

Vergi müfəttişlərinin fikirlərinə görə, məşhur pop kral ölüm anında hər kəsin düşündüyü kimi müflis deyildi. Michael Jackson-un mahnılarından istifadəyə görə onun fonduna faizlər toplanır. Bir çox digər cəhətləri qeydə alan müfəttişlər belə hesab edirlər ki, pop kral vəfat etdikdə onun hesabında sıfır deyil, 496 milyon dollar var idi.

ABŞ-ın vergi idarəetmə orqanı öz iddialarının doğruluğunu sübut etmək üçün ən yaxşı vəkilləri işə cəlb etmişdir. Bu vəkillər də öz növbəsində Michael Jackson-un sərvətindən dövlətə borclu olduğu məbləği son qəpiyinə qədər almağa hazırdılar.

Son xəbərlər
Digər xəbərlər