15 C
Baku
Wednesday, April 24, 2024

Michael Kors şirkəti Jimmy Choo-nu 1,3 milyard dollara alacaq

Banker.az xəbər verir ki, Michael Kors geyim brendi ayaqqabı və çanta istehsalçısı Jimmy Choo istehsalçısını 1,35 milyard dollara əldə edəcək.

Müqavilə 2017-ci ilin dördüncü rübündə bağlanacaq.

Müqavilə ilə bağlı məlumat elan edildikdən sonra Jimmy Choo şirkətinin kapitalizasiyası 16%, yəni 1,2 milyard dollara qədər yüksəlib. Ekspertlərin gözləntisinə görə, iki şirkətin birləşməsi Jimmy Choo satışlarını 1 milyard dollar artıracaq.

Qeyd edək ki, Michael Kors şirkətinin xalis gəliri 2016-cı ildə 551 milyon dollar təşkil edirdi ki, bu da 2015-ci ildə qeydə alınan göstəricidən 34% daha azdır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər