Fransanın təkər istehsalçısı olan “Michelin” Rusiyadakı biznesini yerli top-menecmentə vermək niyyətindədir. Şirkət bu qərarını hazırkı şəraitdə tədarüklərin davam etdirilməsinin mümkünsüzlüyü ilə izah edib, Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.
“Qrup 2022-ci ilin sonuna qədər Rusiyada olan bütün əməliyyatlarını tamamlamağı planlaşdırmağa, o cümlədən ticarət, istehsal və inzibati işləri yerli idarəçiliyə ötürməyə məcburdur”, – şirkət bildirib.
“Michelin”in Rusiya bazarından çıxması ilə bağlı balans riskləri 250 milyon avro olaraq qiymətləndirilir. 2022-ci ilə qədər “Michelin”in Rusiya bölməsində 1000-ə yaxın insan çalışıb. İstehsalçının əsas aktivi Moskva vilayətinin Orexovo-Zuevski rayonunun Davydovo kəndində təkər istehsalı zavodudur.