9 C
Baku
Wednesday, November 6, 2024

“Michelin” Rusiyada fəaliyyətini dayandırır

Fransız şin istehsalçısı “Michelin” Rusiyada istehsalını dayandırır, həmçinin ixracı da bağlayır.

Banker.az “Kommersant”a istinadən xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Rusiyada “Michelin”in Moskva vilayətinin Davıdovo kəndində 750 nəfərə yaxın işçisi olan zavodu var. Şirkət onlara dəstəyi davam etdirəcəklərini bildirib. “Michelin” əlavə edib ki, vəziyyətin inkişafına uyğun olaraq Rusiyada fəaliyyətlə bağlı bundan sonra da qərarlar veriləcək.

Martın 15-i Fransa Sahibkarlar İttifaqı bildirib ki, Fransa şirkətləri, o cümlədən “Auchan”, “Danone”, “Leroy Merlin” və “Decathlon” Rusiyada işlərini dayandırmaq niyyətində deyil. Onların sözlərinə görə, Rusiyada bu şirkətlərdə 160 minə yaxın insan çalışır.

Son xəbərlər
Digər xəbərlər