22 C
Baku
Wednesday, October 9, 2024

Miçiqan ştatının səsvermə nəticələri silinəcək

Miçiqan ştatının səlahiyyətliləri səsvermənin ilkin nəticələrinin səhv olduğunu qəbul ediblər.

Banker.az “İz.ru”ya istinadən xəbər verir ki, bu barədə ştatın rəsmi “Facebook” səhifəsində bildirilib.

“Bu gün səhər saatlarında səsvermənin ilkin nəticələrinin yanlış olduğu və silindiyi barədə məlumat verilib. Gələcəkdə bu kimi uyğunsuzluqları müəyyənləşdirmək üçün nəticələr təkrar-təkrar yoxlanılacaq”,- mesajda deyilir.

Qeyd olunur ki, səslərin sayılmasında səhvə yol verilməsinin səbəbi proqramdakı nasazlıq və ya “insan faktoru” ola bilər.

“Büro nəticələri səylə araşdırır və səslərin sayılmasında əvvəl aşkarlanan uyğunsuzluqların səbəblərini axtarır. Səhər saatlarında olunan nəticələrin səhv olduğu və geri götürüldüyü bildirilir”, – mesajda deyilir.

Xatırladaq ki, daha əvvəl Co Baydenin əsas rəqibi olan Donald Tramp, seçkilərin nəticələri ilə bağlı Ali Məhkəməyə müraciət edəcəyini bildirmişdir.

Son xəbərlər
Digər xəbərlər