Amerikanın “Micron Technology” şirkəti 2030-cu ilə qədər ABŞ-da yarımkeçiricilərin istehsalına 40 milyard dollar sərmayə qoyacağını açıqlayıb. Bu barədə istehsalçının saytında məlumat verilir. Məbləğ 2021-ci ildə elan edilən 150 milyard dollarlıq qlobal investisiyanın bir hissəsidir. İstehsalçının proqnozlarına görə, bu investisiyalar amerikalılar üçün təxminən 40 min yeni iş yerinin yaradılmasına kömək edəcək.
Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.
Yeni investisiyalar ABŞ Prezidenti Co Baydenin ölkənin yarımkeçirici sənayesini inkişaf etdirmək üçün 52 milyard dollar ayıracaq çiplər və elm haqqında qanunun imzalaması ərəfəsində elan olunub.
“Prezident Baydenə, ABŞ-ın ticarət naziri Gina Raimondoya və bütün administrasiyaya, eləcə də Konqres üzvlərinə ABŞ-ın gələcək onilliklər üçün yarımkeçirici liderliyini gücləndirmək yolunda mühüm addım olan çip və elm haqqında qanuna ikitərəfli dəstəyə görə təşəkkür edirəm”, – deyə “Micron”un rəhbəri söyləyib.
O bildirib ki, yeni qanun “Micron” yaddaş çiplərinə növbəti onillikdə qlobal bazar payını 2%-dən 10%-ə çatdırmağa imkan verəcək və ABŞ-ı bu sahədə dünya lideri edəcək.