26 C
Baku
Saturday, July 27, 2024

“Microsoft” 1850 işçisini ixtisar edəcək

“Microsoft” korporasiyası 1 850 işçisini ixtisar edəcək.

Korporasiya smartfon istehsalı azaltmaq niyyətindədir.

İxtisarların əksəriyyəti korporasiyanın Finlandiyadakı bölməsində çalışanlara aid olacaq.

2014-cü ildə Finlandiyanın “Nokia” şirkətini alaraq mobil telefon bazarına çıxan korporasiyanın rəhbəri Satya Nadella bildirib ki, smartfon istehsalına yönəlmiş biznesi optimallaşdıracaq və Tamperdə yerləşən elmi-tədqiqat mərkəzini bağlayacaq: “Biz “Windows 10 Mobile” platformasını inkişaf etdirəcəyik və “Lumia” smartfonlarını dəstəkləyəcəyik”.

Bununla belə, şirkət rəhbəri yeni smartfonların istehsalı ilə bağlı heç nə deməyib.
Sosial səhifələrdə payla

Son xəbərlər
Digər xəbərlər