“Microsoft” korporasiyası “Internet Explorer” brauzerinin dəstəyini 2022-ci il 15 iyun tarixindən etibarən dayandıracaq. Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir. Şirkət onu “IE” rejimində işləyən “Microsoft Edge” brauzeri ilə əvəz etməyi planlaşdırır.
“Internet Explorer 11 brauzerinin istifadəsi 15 iyun 2022-ci ildən etibarən dayandırılacaq”, – deyə korporasiya bildirib.
Qeyd edildiyi kimi, bütün məlumatları bir neçə kliklə “Internet Explorer”dən “Edge”yə köçürmək mümkün olacaq. Şirkət köhnə brauzerdən imtina edilməsinin səbəblərindən biri kimi istifadəçi məlumatlarının qorunmasını göstərir.
“Internet Explorer” 1995-ci ildə yaradılıb. Yeni versiyaların tərtibatı 2015-ci ildə dayandırılıb.