2 C
Baku
Saturday, December 14, 2024

“Microsoft” $51 mlrd. dəyərində qiymətləndirilən “Pinterest”i almağı təklif edib

“Microsoft” korporasiyası 51 milyard dollar dəyərində qiymətləndirilən “Pinterest” sosial şəbəkəsini almağı təklif edib.

Banker.az bu barədə “Vc.ru№ya istinadən xəbər verir.

“Financial Times” qəzetinin verdiyi məlumata görə, hal-hazırda bu barədə heç bir müzakirələr aparılmır və “Microsoft” bütün diqqətini onun bulud hesablama platforması ilə işləyə bilən onlayn-cəmiyyətlərə yönəldib.

Qeyd edək ki, “Pinterest”in bazar kapitallaşması koronavirus pandemiyası dövründə 600%-dən çox artaraq 51 milyard dollara çatıb. 2019-cu ildə isə şirkət müstəqil qalmaq niyyətində olduğunu açıqlayıb.

Ekspertlərin fikrincə, “Pinterest”in alışı “Microsoft” üçün ən böyük müqavilə və Baydenin rəhbərliyi dövründəki ilk böyük sövdələşmə ola bilər. Hələki ABŞ-ın yeni hökumətinin texnologiya şirkətlərinin əməkdaşlığına necə münasibət göstərdiyi bəlli deyil.

Xatırladaq ki, “Microsoft”un “Pinterest”i almaq istəyi barədə məlumat 2020-ci ildə üzə çıxmışdır. Şirkət “TikTok” biznesinin bir hissəsini almağı planlaşdırsa da, rədd cavabını almışdır.

Son xəbərlər
Digər xəbərlər