18 C
Baku
Friday, November 22, 2024

“Microsoft” $60 mlrd.-lıq səhmləri geri almaq istəyir

ABŞ-nin texnologiya nəhəngi “Microsoft” kompaniyası 60 milyard dollar həcmində səhmlərin geri alınması proqramına başlamaq niyyətindədir.

Kompaniyanın məlumatına görə, səhmin geri alınmasının bitmə tarixi yoxdur və istənilən vaxt başa çata bilər.

“Apple” kompaniyası isə hələ may ayında müsbət rüblük nəticələr fonunda rekord həcmdə – 110 milyard dollarlıq səhmlərin geri alınması proqramına başlayıb.

“Microsoft” cari maliyyə ilində süni intellektə daha çox sərmayə yatıracağını elan edib. İyunun sonunda başa çatan rübdə süni intellektə yönəldilən xərclər hesabına kompaniyanın investisiya həcmi 77,6 faiz artıb. Onun səhmləri ilin əvvəlindən bəri təxminən 15 faiz bahalaşıb. Şirkət öz səhmdarlarına hər səhm üçün 83 sent olmaqla on faizlik rüblük dividend ödəməyi vəd edib.

Qeyd edək ki, “Google” və “Microsoft” kimi böyük texnoloji şirkətlər təzyiqlər altında süni intellektə yatırılan çoxmilyardlıq investisiyaların özünü doğrultduğunu sübut etməyə çalışır.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər