6 C
Baku
Monday, December 16, 2024

“Microsoft” “Activision Blizzard”ın 69 mlrd. dollara alışını başa çatdırıb

Oktyabrın 13-də “Microsoft” korporasiyası “Activision Blizzard”ın satın alınmasının başa çatdığını elan edib. İndi şirkət “Call of Duty” və “Candy Crush” oyunlarının hüquqları da daxil olmaqla bütün daxili studiyalara sahibdir.

Müqavilə 68.7 milyard dollar dəyərində qiymətləndirilir – bu, oyun sənayesi tarixində ən böyük alış olub.

Xatırladaq ki, “Microsoft” “Activision Blizzard”ı almaq niyyətini 2022-ci ilin yanvarında açıqlayıb. Bununla belə, proses çoxsaylı antiinhisar tənzimləyicilərinin, xüsusən də Amerika FTC və Britaniya CMA-nın yoxlamaları səbəbindən 20 ay uzanıb. Sonuncu birləşməni  oktyabrın 13-də təsdiqləyib.

Razılaşmanın bir hissəsi olaraq “Microsoft” korporasiyası “Activision Blizzard” oyunlarını öz xidmətlərinə əlavə etmək hüququna malik olan bir çox böyük bulud oyun şirkətləri ilə müqavilə bağlayıb.

“Microsoft” təkid edir ki, “Activision Blizzard”ın alışı ona oyunları daha çox istifadəçiyə təqdim etməyə imkan verəcək.

“Xbox”un CEO-su Fil Spenser sövdələşmə ilə bağlı xüsusi açıqlama yayıb. O qeyd edib ki, “Microsoft” oyunçuların fikirlərini dinləməyə davam edəcək və onların sevimli platformasında oyunlardan həzz alması üçün hər şeyi edəcək.

Son xəbərlər
Digər xəbərlər