7 C
Baku
Thursday, December 12, 2024

“Microsoft” bahalı smartfon buraxacaq

“Microsoft” şirkəti bahalı “Microsoft Surface” smartfonunu istehsal etmək niyyətindədir. 
“Runews24.ru” saytının məlumatına görə, “Microsoft” qiyməti “iPhone”dan 2,5 dəfə baha olacaq smartfon buraxmağ planlaşdırılır.

“Microsoft Surface” smartfonu 2560×1440 piksel genişlənməyə imkan verən 5,5 düymlü AMOLED-displey ilə təchiz ediləcək. Smartfonda “Surface Pen” stilus mexanizmi də olacaq.

Smartfonda “Intel Atom x3” prosessoru, 4 giqabayt operativ yaddaş quraşdırılacaq. Bundan başqa, operativ yaddaşı 6-dan 512 giqabayta qədər olan güclü modellər də istehsal ediləcək.

“Microsoft Surface”in rəsmən bu ilin sonunda təqdim ediləcəyi gözlənilir. Təqdimat payızın əvvəlində Berlində keçiriləcək “IFA 2016” sərgisində baş tuta bilər.

İKT.Lent.az

Son xəbərlər
Digər xəbərlər