21 C
Baku
Tuesday, October 14, 2025

“Microsoft” bu gündən Windows 10-un dəstəyini dayandırır

“Microsoft” 14 oktyabrdan, yəni bu gündən etibarən Windows 10 əməliyyat sisteminə rəsmi dəstəyi dayandırır. Şirkət istifadəçilərə Windows 11-ə keçməyi tövsiyə edir.

Quraşdırılmış əməliyyat sistemi işləməyə davam edəcək, lakin “Microsoft” xəbərdarlıq edir ki, onun istifadəsi zərərli proqram təminatına yoluxma riskinin artması səbəbindən təhlükəli olacaq.

“Statcounter”in məlumatına görə, Windows 10 hələ də dünyada ən populyar əməliyyat sistemi olaraq qalır və bazar payı təxminən 59% təşkil edir, Windows 11-in payı isə təxminən 38%-dir.

Son xəbərlər
Digər xəbərlər