13 C
Baku
Monday, March 10, 2025

“Microsoft” Cənubi Afrikada süni intellektin inkişafına $300 milyon sərmayə qoyur

“Microsoft” 2027-ci ilin sonuna kimi Cənubi Afrikada bulud imkanlarını genişləndirmək və ölkədə süni intellekti inkişaf etdirmək üçün əlavə 5.4 milyard rand (təxminən 297 milyon dollar) investisiya etməyi planlaşdırır. Bu barədə Yohannesburqda şirkətin sədr müavini Bred Smit məlumat verib.

“Microsoft” əmindir ki, bu pul Cənubi Afrika iqtisadiyyatına əhəmiyyətli təkan verməlidir. Cənubi Afrika son on ildə 1%-i keçməyən iqtisadi artımı sürətləndirmək üçün özəl investisiyaları fəal şəkildə cəlb edir. “Microsoft” Cənubi Afrikada məlumat mərkəzləri quran ilk böyük İT şirkətlərindən biri olub, ondan sonra “Amazon” və “Google” gəlir.

“Microsoft”un hazırda Yohannesburq və Keyptaunda məlumat mərkəzləri var. Şirkət Keniyada 1 milyard dollarlıq geotermal məlumat mərkəzi qurmağı planlaşdırır.

Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa “Microsoft”un investisiyasını biznes və investisiya ictimaiyyətinə ölkənin potensialının və investisiyaların təhlükəsizliyinin təsdiqləndiyinə dair siqnal adlandırıb.

Son xəbərlər
Digər xəbərlər