16 C
Baku
Thursday, April 25, 2024

“Microsoft” dəyəri $40 mlrd. olan səhmlərini geri satın alır

Dünyanın ən böyük proqram istehsalçısı olan “Microsoft Corp”, 40 milyard dollar dəyərində səhmlərinin geri alınmasını və rüblük dividendlərin artırılmasını nəzərdə tutan proqram qəbul edib.

Banker.az xəbər verir ki, satınalma proqramı müddətsizdir və istənilən anda dayandırıla bilər. Şirkətin səhmləri 1,3% artaraq 140,35 dollara çatıb. “Microsoft” eyni zamanda rüblük dividentlər haqqında da məlumat verib. Bu gün bir səhm başına 51 sent divident düşür ki, bu da ötən rüb ilə müqayisədə 11% çoxdur. Şirkət dekabrın 4-də səhmdarların illik toplantısını keçirməyi planlaşdırır.

2019-cu ilin dördüncü rübündə (ABŞ-da oktyabrın 1-dən sentyabrın 30-dək davam edir) şirkət səhm alqı-satqısı və dividentlər hesabına səhmdarlara 7.7 milyard dollar geri qaytarıb.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər