11 C
Baku
Tuesday, April 15, 2025

“Microsoft” dünyanın ən bahalı şirkəti olub

Amerikanın texnologiya korporasiyası “Apple” son dörd ticarət sessiyasında səhmlərinin qiymətinin 23% ucuzlaşması fonunda dünyanın ən bahalı şirkəti statusunu itirib. Onun yerini texnologiya nəhəngi “Microsoft” tutub.

Bildirilir ki, “Microsoft”un dəyəri 2,64 trilyon dollar, “Apple”ın dəyəri isə 2,59 trilyon dollar təşkil edir.

“Yahoo Finance”in məlumatına görə, “Nasdaq” elektron birjasında hərracların bağlanışında (Bakı vaxtı ilə 00:00-da) “Apple” səhmlərinin qiyməti hər səhm üçün 172,42 dollar təşkil edib. Əvvəlki ticarət sessiyası ilə müqayisədə şirkət səhm qiymətlərində 4,98% ucuzlaşma yaşayıb.

Xatırladaq ki, aprelin 2-də Tramp 185 ölkə və ərazidən gələn məhsullara rüsumların tətbiq ediləcəyini açıqlayıb, 10%-lik universal tariflər aprelin 5-dən qüvvəyə minib, fərdi tariflərin isə aprelin 9-dan qüvvəyə minməsi gözlənilir.

Son xəbərlər
Digər xəbərlər