29 C
Baku
Thursday, May 30, 2024

Artıq Microsoft e-mailları şifrələməyə başladı

Microsoft Office 365 abunəçiləri adi poçt xidməti ilə şifrələnmiş elektron məktublar göndərə biləcəklər. Lakin belə bir məktubu oxumaq üçün istifadəçi mütləq Microsoft sistemində qeydiyyatdan keçmiş olmalıdır.

ABŞ-da Milli Təhlükəsizlik agentliyinin qlobal elektron sisteminə nəzarəti ətrafında yaranmış qalmaqaldan sonra bir çox şirkətlər korporativ və dövlət casuslarından qorunmağın yolunu axtarırdı. Microsoft şirkəti isə öz növbəsində bu problemin həll yolunu tapdığını bildirdi.

Bu günə qədər şirkətlərin əksəriyyəti elektron yazışmalarını “manual” rejimdə şirfrələməli olurdular. Bununla isə xüsusi mütəxəssislər məşğul olurdular.

Office 365 xidmət paketinə abunə olmaqla xidmət bunu avtomatik olaraq həyata keçirəcək. Gizli məktubları isə adi elektron poçt sistemindən göndərmək mümkün olacaq, məsələn Gmail yaxud Outlook ilə. Onlar adi ismarıca əlavə edilmiş fayl kimi birləşərək göndəriləcək. Belə bir faylın üzərinə basdıqda isə bu brauzerdə ayrıca bir səhifə kimi açılacaq. Lakin məktubu qəbul edən şəxs ismarıcı oxumaq üçün özü də ya Office 365-ə, ya da ümumi Microsoft sistemində artıq qeydiyyatda olmalıdır.

İxtira müəllifləri iddia edirlər ki, ismarıc Microsoft-un məlumatları emal mərkəzindən çıxdığı an artıq şifrələnmiş olur. Buna görə də faylın ilkin variantının yayılması ehtimalı yoxdur. Xüsusi olaraq qeyd edilənlərə görə, Office 365 sisteminin Çindəki qeydiyyatçıları bu funksiyadan istifadə edə bilməyəcək.

Son xəbərlər
 ⁠
Digər xəbərlər