ABŞ-ın “Microsoft” korporasiyası özünün ən populyar “Office” paketindəki əlavələrdən biri olan “Excel”dən imtina etmək qərarına gəlib.
“SmartBabr” nəşrinə istinadən məlumatına görə, bu əlavə cədvəllə işləmək üçün nəzərdə tutulub.
“Excel”in əvəzinə tərtibatçılar istifadəçilərə daha rahat və müasir xidmətlər təqdim edəcəklər. Bu onun öz istehsalı olmayan əlavələr də ola bilər. Artıq “Microsoft Office 365” paketi yaradılıb ki, o da əlavə veb-xidmətlər və alətlərlə əlaqəlidir. Bu isə istifadəçilərə daha rahat və komfortlu, həmçinin daha böyük sürətli cədvəllərlə işləməsinə imkan verəcək.
Yeri gəlmişkən, bir çox iri korporasiyalar, o cümlədən “Adobe” proqram təminatının tərtibatçıları, həmçinin infrastrukturun idarə edilməsi ilə məşğul olan “ABM Industries” “Microsoft Excel”in istifadəsindən imtina ediblər.