6 C
Baku
Tuesday, March 4, 2025

“Microsoft” həkimlər üçün süni intellekt köməkçisini təqdim edib

“Microsoft” həkimlər üçün “Dragon Copilot” süni intellekt köməkçisini təqdim edib. O, sənədlərin təşkilində, etibarlı mənbələrdə tibbi məlumatların axtarışında və tapşırıqların avtomatlaşdırılmasında kömək edir.

Bildirilir ki, süni intellekt köməkçisi özündə səsli qeydlər aparmağa kömək edən “Dragon Medical One” və sənədləşdirməni avtomatlaşdıran “DAX Copilot” xidmətlərini birləşdirir. Hər iki xidmət “Nuance Communications” şirkətinin məhsuludur, “Microsoft” onları 2021-ci ildə alıb.

Köməkçidən qeydləri tamamlamağı və ya xəstənin tarixçəsini soruşmağı xahiş etmək olar, məsələn, “Xəstənin nə vaxtsa qulaq ağrısı olubmu?”. “Dragon Copilot” həm də müalicə planı ilə bağlı kömək edir. Xidmət ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi kimi mənbələrə istinad edir.

Xidmət mobil proqram, brauzer və fərdi kompüterlər üçün əlçatan olacaq. “Dragon Copilot” 2025-ci ilin may ayında ABŞ və Kanadada, daha sonra Böyük Britaniya, Almaniya, Fransa və Hollandiyada istifadəyə veriləcək. Xidmətin aylıq abunə haqqı açıqlanmır.

Son xəbərlər
Digər xəbərlər