25 C
Baku
Saturday, July 27, 2024

“Microsoft” ilə Pentaqon arasındakı 10 milyard dollarlıq müqavilə donduruldu

ABŞ məhkəməsi “Amazon” şirkətinin tələbini təmin edərək, “Microsoft” ilə Pentaqon arasındakı 10 milyard dollarlıq müqavilənin icrası prosesini dayandırıb. Xatırladaq ki, müqavilə bulud texnologiyalarının yaradılmasına aid olmuşdur.

Banker.az xəbər verir ki, bu haqda CNBC məlumat verib.

“Microsoft” un vitse-prezidenti Frenk Şou məhkəmə qərarından razı qalmadığını bildirib.

Müdafiə Nazirliyinin nümayəndəsi polkovnik Robert Karver öz növbəsində kontraktın icrası prosesinin dayandırılmasını şöbənin strategiyasının həyata keçirilməsini “əsassız olaraq gecikdirdiyini” və hərbçiləri “lazım olan imkanlardan məhrum etdiyini qeyd edib.

Məhkəmə prosesi fonunda  “Amazon”  səhmləri 0,4%, “Microsoft” səhmləri isə 0,5% ucuzlaşıb.

Pul uğrunda mübahisədə “Microsoft” un hərbçiləri “Amazon”, “Oracle” və “IBM” ilə rəqabətdə qalib gəldi. “Amazon” bununla razılaşmayaraq, apponentinə qarşı məhkəmə iddiasını qaldırdı. Onun fikrincə, məhkəmə qərarına dəfələrlə şirkətin işini tənqid edın Donald Tramp təsir göstərib. CNN-nin verdiyi məlumata görə, amerikan lideri Müdafiə Nazirliyinin keçmiş rəhbərinə müraciət edərək, biznesmeni namizədlər sırasından çıxarmaq təklifini irəli sürüb.

Son xəbərlər
Digər xəbərlər