17 C
Baku
Friday, April 19, 2024

“Microsoft” işçilərini peyvənd olunmağa məcbur edəcək

2021-ci ilin sentyabr ayından etibarən “Microsoft” ofisdən çalışmaq istəyən işçilərindən COVID-19 peyvəndi haqqında arayış tələb edəcək.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Bildirildiyi kimi, əks göstəriş və ya digər hər hansı üzrlü səbəbdən peyvənd oluna bilməyənlər üçün ofisə giriş üçün xüsusi qaydalar müəyyənləşəcək.

Xatırladaq ki, “Microsoft” ABŞ-dakı ofislərini oktyabrın 4-də açmağı planlaşdırır. Uşaqları olan, immuniteti zəif qohumlarına qulluq edən işçilər yanvar ayına qədər evdən işləyə biləcəklər.

“Microsoft” ilə yanaşı, “Google” və “Facebook” da işçilər üçün məcburi vaksinasiya tətbiq edib. 2021-ci ilin iyununda “Morgan Stanley” ofislərinə yalnız peyvənd olunmuş işçiləri buraxacağını bildirib.

Son xəbərlər
Digər xəbərlər