Banker.az xəbər verir ki, cümə axşamı baş tutan hərrac zamanı Amerikanın nəhəng texnoloji şirkəti Microsoftun bazar kapitalizasiyası 2000-ci ildən bu yana ilk dəfə olaraq 600 milyard dolları üstələyib.
Microsoft şirkətinin kapitalizasiyası son dəfə 2000-ci ilin 2 yanvar tarixində bu göstəriciyə nail olmuşdu. Şirkətin kapitalizasiyasının yeni artım dalğası şirkətin bulud texnologiyaları sahəsində əldə etdiyi uğurlar ilə bağlıdır.
ÜA3Müqayisə üçün qeyd edək ki, Apple kapitalizasiyası təqribən 800 milyard dollar təşkil edir. Google şirkətinin ana şirkəti olan Alphabet Inc. isə 667 milyard dollar bazar kapitalizasiyasına sahibdir.