7 C
Baku
Thursday, December 12, 2024

“Microsoft” kibertəhlükəsizlik sistemlərinin inkişafetdiricisini 500 mln. dollara alacaq

“Microsoft” korporasiyası kibertəhlükəsizlik sistemlərinin inkişafetdiricisi olan “RiskIQ” şirkətini 500 milyon dollara alacaq.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

“TechCrunch”ın vurğuladığı kimi, korporasiya distant və ya hibrid iş formatında məlumatlarını daha yaxşı qorumalı olduğunu bildirib.

Tərəflər razılaşmanın məbləğini açıqlamasa da, “Bloomberg” “Microsoft”un təxminən 500 milyon dollar ödəyəcəyini yazıb. Şirkət satınalma qərarına həmçinin artan hakker hücumlarının təsir etdiyini qeyd edib.

“RiskIQ” şirkəti 2009-cu ildə qurulub – o, təhlükəsizlik təhdidlərini araşdırmaq üçün bulud proqram təminatından istifadə edir və korporativ saytların zəif yerlərinin təhlilini aparır. Yarandığı gündən bəri şirkət 83 milyon dollar investisiya cəlb edib.

Kibertəhlükəsizliyi gücləndirmək üçün 2020-ci ildə “Microsoft” İsrailin “CyberX”, 2021-ci ilin iyununda isə “ReFirm Labs” şirkətlərini alıb.

Son xəbərlər
Digər xəbərlər