22 C
Baku
Friday, April 19, 2024

“Microsoft” “Skype” istifadəçiləri arasında danışıqların dinlənilməsini etiraf edib

“Google” və “Apple”dan sonra öz istifadəçilərini dinləyən korporasiyaların siyahısına “Microsoft” da qoşulub. İnternetdə “Skype”ın səs yazılarının üçüncü şəxslərə ötürülməsi haqqında informasiya yayılıb. Şirkət səsli məlumatların podratçılara ötürüldüyünü etiraf edib.

“Microsoft”un podratçıları tərəfindən “Skype” istifadəçiləri arasında danışıqların səs yazılarının dinlənilməsi haqqında “Vice” dərgisinin məlumatına cavab olaraq şirkətin rəsmisi bildirib ki, bu prosedur həmin xidmətlərin məxfilik siyasətində şəffaf şəkildə təsvir edilib və istifadəçilərin eyniləşdirmə məlumatları səsli fraqmentlərin podratçılara təhlil üçün ötürülməsindən öncə silinir.

“Bu səs yazılarını sizinlə paylaşmaq imkanı ABŞ şirkətinin istifadəçilərin məlumatlarının müdafiəsinə etinasız yanaşmasını göstərir” – “Vice” dərgisi jurnalistlərə səsli yazıları təqdim etmiş “Microsoft”un adsız podratçısının sözündən sitat gətirib.

©İctnews

Son xəbərlər
Digər xəbərlər