“Microsoft” korporasiyası Starlink sisteminin kosmik peykləri əsasında bulud şəbəkəsini yaratmaq üçün İlon Maskın “SpaceX” şirkəti ilə əməkdaşlıq etməyə razılaşıb.
Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.
Tərəfdaşlar qlobal peyk sisteminə giriş sayəsində yerüstü stansiyalar, xüsusən də Azure Modular Data Center (MDC) məlumat mərkəzi və bulud xidmətləri arasında “etibarlı rabitə” təmin etmək istəyirlər.
Bundan əlavə, “Microsoft” dünyanın ən böyük peyk operatorlarında biri olan SES ilə tərəfdaşlığını genişləndirib. Tərəflər orbit peykinin imkanlarını MDC-nin işi ilə birləşdirəcəklər. Mütəxəssislərin fikrincə, peyk operatorları ilə iş birliyi şəbəkənin kəsilməsi zamanı etibarlı MDC bağlantısını təmin edəcək.
“Microsoft”un əsas məqsədi bulud, yer və kosmik infrastrukturu birləşdirən, çox sayda məlumat toplayan və təhlil edən təhlükəsiz şəbəkələr yaratmaqdır. Analitiklərin qiymətləndirmələrinə görə, 2020-ci illərin sonunda kosmosla əlaqəli bulud xidmətlərinin gəliri 15 milyard dollara çata bilər. Bu bazarda “Microsoft” yalnız “Amazon” ilə rəqabət aparır.
Belə ki, “Amazon”nun təsisçisi Ceff Bezos öz layihəsi üzərinə işləyir: 2020-ci ilin iyulunda şirkət 3 mindən çox Kuiper peykini kosmosa buraxmaq üçün icazə alıb.