15 C
Baku
Friday, November 15, 2024

“Microsoft” “LinkedIn”i 5 milyard dollar baha alıb

İyun ayında məlum olub ki, “Microsoft” korporasiyası “Linkedİn” sosial şəbəkəsini 26,2 milyard dollara alır.

“Runews24”-nın məlumatına görə, hazırda şirkətin bir səhminin qiyməti 196 dollar təşkil edir.

Ancaq sosial şəbəkənin əldə olunması üçün ilkin müraciətdə tamamilə başqa qiymət göstərilib. Bir səhmin qiyməti 160 dollar olub. Bu şirkəti almaq istəyənlər çox olduğundan, “Microsoft” şirkəti bir neçə dəfə qiyməti qaldırmaq məcburiyyətində olub.

Bu arada “LinkedIn” şirkətinin baş səhmdarı Reyd Hoffman “Microsoft” korporasiyasının baş direktoru Bill Geytslə görüşüb. Görüş zamanı başlanacaq saziş və Hoffmanın “Microsoft”un Direktorlar Şurasındakı üzvlüyündən söhbət açılıb.

Rəqibləri şirkətin bir səhminə 200 dollar təklif etsə də, qalib “Microsoft” olub.

Lent.az

Son xəbərlər
Digər xəbərlər