4 C
Baku
Friday, March 29, 2024

“Microsoft” London Fond Birjasının səhmlərini alır

“Microsoft” korporasiyası 10 illik strateji tərəfdaşlıq çərçivəsində London Fond Birjasında (London Stock Exchange Group – LSEG) 4% pay alacaq. Press-relizdə deyildiyi kimi, əldə olunan razılaşmalar şirkətə məlumat, analitika və bulud infrastrukturu sahəsində sahələri inkişaf etdirməyə imkan verəcək.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Gözlənilir ki, “Microsoft”un bulud texnologiyaları üzrə icraçı vitse-prezidenti Skott Qutri müvafiq təsdiqlər alındıqdan sonra London Fond Birjasının qeyri-icraçı direktoru təyin ediləcək.

Tərəflər tərəfdaşlıq çərçivəsində gələcək nəsil məlumat və analitikadan istifadə edəcək, London Birjası üçün yeni məlumat infrastrukturu yaradacaq, həmçinin “Microsoft Azure”, süni intellekt və “Microsoft Teams” proqramlarından istifadə etməklə analitika və modelləşdirmə həlləri yaradacaq.

Son xəbərlər
Digər xəbərlər