Amerikanın “Microsoft” korporasiyası məşhur “Xbox One” oyun konsolunun istehsalını dayandıraraq, bütün diqqətini “Xbox Series X|S” modellərinin buraxılışına yönəldib.
Banker.az xəbər verir ki, bu barədə şirkətin marketinq direktoru Sindi Uoker məlumat verib.
Cənab Uokerin sözlərinə görə, “Xbox One” konsollarının istehsalı 2020-ci ilin sonunda dayandırılıb.
“Microsoft”un rəqibi “Sony” isə 2022-ci ilin sonuna qədər əlavə 1 milyon “PlayStation 4” konsolu istehsal edəcəyini açıqlayıb. Hər iki şirkət qlobal yarımkeçirici böhranı səbəbindən yeni nəsil konsolların təchizatı ilə bağlı problemlər yaşayır.