21 C
Baku
Thursday, September 19, 2024

Microsoft Nokia brendindən imtina edir

Geek On Gadgets resursunun verdiyi məlumata görə, Microsoft şirkəti öz məhsullarında Nokia brendindən tamamilə imtina etmək niyyətindədir. Sayt bu məlumatı şirkətin əldə etdiyi sənədlərinə istinadən vermişdir və bu sənədlərdə şirkətin çox illik yaşa sahib brenddən imtina etməyi təsdiqlənir.

Bundan əlavə, Microsoft şirkəti Windows Phone loqotipi əvəzinə standart Windows təsvirindən istifadə edəcək. Həmçinin verilən məlumatlara əsasən, gələcəkdə həm mobil, həm də stasionar qurğular üçün eyni əməliyyat sisteminin buraxılması planlaşdırılır.

Bir faktı qeyd edək ki, amerikan şirkəti hazırki Lumia smartfonlarının adını dəyişməyi planlaşdırmır. Lumia 830 və Lumia 730 modelləri Nokia brendi adı altında buraxılan son smartfonlar olacaq.

Son xəbərlər
Digər xəbərlər