“Microsoft”, “Oracle” və “Salesforce” şirkətləri rəqəmsal Covid-19 pasportunu yaratmaq üçün birləşmək qərarına gəliblər.
Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.
Koalisiya Vaksinasiyanın Doğrulanması Təşəbbüsü (VCI) adını daşıyır və özünə həmçinin Amerikanın “Mayo” qeyri-kommersiya klinikasını daxil edir.
VCI insanlara peyvəndlənmə haqqında sürətli məlumat əldə etməyə imkan verəcək texnologiya inkişaf etdirmək istəyir. Bu məlumatlar istəyə görə Google Play və ya Apple Wallet kimi rəqəmsal cüzdanlardan birində saxlanıla bilər.
Smartfonu olmayan insanlar vaksinasiyanı təsdiq edən sənədi QR-kod vasitəsilə ala biləcəklər. Qeyd edək ki, buna oxşar texnologiya Çində də mövcuddur – Health Code. Proqramda qeydiyyatdan keçdikdən sonra istifadəçiyə sağlamlıq vəziyyətini göstərən rəngli kod verilir: qırmızı, sarı və ya yaşıl.
Xatırladaq ki, Covid-19 virusuna yoluxmanı izləmək üçün 2020-ci ilin aprelində “Apple” və “Google” əməkdaşlıq etməyə başlamışdır.








