“Microsoft” korporasiyası, “hacker” lərin bu ilin əvvəlindən mart ayının sonuna qədər Outlook istifadəçilərinin bəzi hesablarına daxil ola biləcəyini bildirib. Bu haqda TechCrunch onlayn portalı xəbər verir.
Banker.az xəbər verir ki, “Hacker” lər istifadəçinin e-poçt ünvanlarına, qovluq adlarına, e-poçtların başlıqlarına və onların qarşılıqlı əlaqəsi olduğu insanların e-poçt ünvanları barədə məlumat əldə etmiş ola bilərlər”, – deyə portal “Microsoft” un öz istifadəçilərinə göndərdiyi mesajı tərcümə edir. Eyni zamanda şirkət mesajların məzmununun və əlavələrinin “hacker” lərin əlinə düşmədiyini qeyd edib.
Məlumatların sızması hadisəsi yanvar ayının 1-dən mart ayının 28-ə qədər baş verib. Bunun əsas səbəbi kimi spam mesajlarının sayının artması göstərilir.
Şənbə günü TechCrunch xəbər verib ki, naməlum şəxslərin ABŞ-ın hüquq-mühafizə orqanlarının və federal xidmətlərinin məlumatlarına çıxış əldə ediblər.