“Microsoft” oyun inkişafetdiriciləri üçün komissiyanı 30%-dən 12%-ə endirəcək

“Microsoft” şirkəti 1 avqust tarixindən oyun inkişafetdiriciləri üçün komissiyanı 30%-dən 12%-dək endirəcəyini açıqlayıb.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Beləliklə, oyun inkişafetdiriciləri 88% gəlir əldə edəcək. Mütəxəssislərin fikrincə, komissiyanın endirilməsi proqram təminatçısına ən populyar xidmət olan “Steam” ilə rəqabət etməyə kömək edəcək.

“İnkişafetdiricilər istifadəçilərimizə ən yaxşı oyunlar təqdim etmək üçün əllərindən gələni edirlər və biz istəyirik ki, onlar bizim platformalarda uğur qazana bilsinlər”, – deyə “Xbox Game Studios”un rəhbəri Mett Buti söyləyir. – Gəlirin bu cür bölünməsi inkişafetdiricilərə daha böyük kommersiya uğurları əldə etməyə kömək edəcək”.

Bildirildiyi kimi, dəyişikliklər təkcə PC deyil, həm də “Xbox” oyunlarına təsir edəcək. “The Verge”nin məlumatına əsasən, bu, “Microsoft, “Sony” və “Nintendo”nun biznes-modellərinin fərqli olması ilə əlaqəli ola bilər.

“Microsoft”un bu yanaşması “Epic Games”in yanaşmasına bənzəyir. Şirkət hələ də “Steam” satışlarından 30% komissiya tutur. Lakin satışlar 10 milyona çatanda komissiya 25%-ə, 50 milyona çatanda isə 20%-ə endirilir. Buna baxmayaraq, “Steam” kompüter oyunlarının yayılması bazarında hələ də liderlik edir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.