32 C
Baku
Tuesday, July 23, 2024

“Microsoft” öz VPN xidmətini işə salır

“Microsoft” korporasiyası öz VPN xidmətini işə salacaq və onu “Edge” brauzerinə yeridəcək. Banker.az “Vc.ru”ya istinadən xəbər verir ki, geolokasiyanı seçmək mümkün olmayacaq – şirkət istifadəçinin IP ünvanını eyni bölgədəki oxşar ünvanla əvəz edəcək.

VPN oxşar “Cloudflare 1.1.1.1” xidmətinə malik olan “Cloudflare” platformasında işləyəcək. Edge Secure Network hətta provayderlərə istifadəçi hərəkətləri haqqında məlumat toplamağa imkan verməyəcək. Bu, reklam targetinqini çətinləşdirəcək.

download 8 1

Xidmət pulsuzdur, lakin ayda 1 GB məlumat limiti var. Ondan istifadə etmək üçün yalnız “Microsoft” hesabı tələb olunur.

Yenilik hələki sınaq mərhələsindədir. Onun nə vaxt bütün istifadəçilər üçün əlçatan olacağı məlum deyil.

Son xəbərlər
Digər xəbərlər