“Microsoft” pandemiyada çalışan işçilərinə $1500 müavinət ödəyəcək

“Microsoft” korporasiyası pandemiya dövründə çalışan işçilərinə bonus şəklində 200 milyon dollar vəsait xərcləyəcək.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Qeyd edildiyi kimi, əlavə ödənişlər iyul və avqust aylarında ABŞ-da və xaricdə çalışan işçilərə veriləcək.

Dünya üzrə “Microsoft”da 175 min nəfər çalışır, eyni zamanda vitse-prezident vəzifəsində olan şəxslərin, o cümlədən korporasiyanın törəməsi olan şirkətlərdə (“GitHub”, “LinkedIn” və “Zenimax”) çalışanların müavinət almayacağı bildirilir.

Xatırladaq ki, 2021-ci ilin fevralında “Microsoft” distant rejimdə tükənməyə qarşı mübarizə proqramını işə salıb. Həmin proqram işçilərə təhsil, idman və hobbi üçün 1200 dolların ödənilməsini nəzərdə tutur.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.