10 C
Baku
Wednesday, December 11, 2024

“Microsoft” planşet və noutbukun hibridini təqdim edib – Video

“Microsoft” korporasiyası payız təqdimatında yeni “Laptop Studio” – Windows 11 əməliyyat sistemi ilə işləyəcək flaqman noutbukunu təqdim edib.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

O, planşet və “laptop”un hibridi sayılır: ondan sensorlu displey rejimində, o cümlədən tam ölçülü fərdi kompüter kimi istifadə etmək mümkün olacaq.

“Laptop Studio” – şirkətin daha əvvəl təqdim etdiyi “Surface Book” xəttinin varisidir. Modelin əsas fərqləndirici cəhəti onun şarniri və ekranıdır: cihaz 14.4 düymlük displeylə təchiz edilib və şarnir vasitəsilə asanlıqla qatlana bilir.

1

İstifadəçilər cihazı üç versiyada – noutbuk, “səhnə” və “studiya” istifadə edə bilərlər. “Səhnə” rejimi kontenti klaviaturasız izləməyə, “studiya” rejimi isə cihazdan planşet kimi istifadə etməyə imkan verir.

“Microsoft” özü bu rejimləri “planşet” adlandırmır. Çox güman ki, “Laptop Studio”nun ölçülərinə görə – cihazın çəkisi 1.8 kq, qatlanmış vəziyyətdə qalınlığı isə 1.7 sm təşkil edir.

Hibrid konfiqurasiyadan asılı olaraq “Intel”in 11-ci nəsil i5 və ya i7 prosessorları ilə təchiz edilib. “Kiçik” model Iris Xe qrafikası, Nvidia RTX 3050 Ti videokartı və 16 və ya 32 GB operativ yaddaş alıb.

Eyni zamanda cihaz USB-C portu və 3.5 mm qulaqlıq yuvası ilə təchiz edilib. İstifadəçilər noutbuklardakı görüntünü 4K ölçüdə ekrana gətirə biləcəklər. Şirkətdən verilən məlumata görə, “Laptop Studio” oktyabrın 5-i satışa çıxacaq və istifadəçilərə 1599 dollara başa gələcək.

Son xəbərlər
Digər xəbərlər