“Microsoft” korporasiyası qarışıq reallıqda ünsiyyət və iş üçün yeni “Mesh” platformasını təqdim edib. Onun köməyi ilə istifadəçilər bir-biri arasında, o cümlədən 3D-modellərlə qarşılıqlı əlaqə qura biləcəklər.
Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.
Qeyd edək ki, virtual məkana geniş çeşidli cihazlar vasitəsilə qoşulmaq olar: platforma əksər VR-qulaqlıqları, planşetləri, smartfonları və kompüterləri dəstəkləyir. Eyni zamanda, “Mesh” platforması “Microsoft”un özünün yaratdığı “HoloLens 2” qarışıq reallıq qulaqlıqları ilə də işləyir.
“Mersh”dəki insanlar “Microsodt”un 2017-ci ildə aldığı “AltspaceVR” sosial şəbəkəsinin virtual avatarlarından istifadə edərək təmsil olunacaqlar. Gələcəkdə şirkət insanların “holoqoportasiya”dan istifadə edə biləcəklərinə inanır.
Bu platforma iclaslar keçirmək imkanı ilə yanaşı, insanlara qrup nümayişlərində iştirak etmək fürsətini verir. Məsələn, bu şəkildə dinləyici auditoriya qarşısında çıxış etmək mümkündür. Belə nümayişlərin birində hal-hazırda Yeni Zelandiyada olan Ceyms Kemeron çıxış etmişdir.
“Mesh” – təkcə virtual görüş vasitəsi deyil, eyni zamanda “Azure” bulud bazası əsasında qurulmuş platformadır.
“Microsoft”un fikrincə, yaxın gələcəkdə “Mesh” dizaynerlər, mühəndislər, memarlar və pandemiyaya görə uzaqdan işləməyə məcbur olan digər mütəxəssislər üçün aktual olacaq.
Qeyd edək ki, “Mesh” vasitəsilə həm də “Pokemon Go” oyununu da oynamaq mümkündür.







