24 C
Baku
Monday, April 29, 2024

“Microsoft” Rusiyada lisenziyaların uzadılmasını dayandırıb

Sentyabrın 30-da “Microsoft” Rusiyadakı məhsul və xidmətləri üçün korporativ lisenziyaların yenilənməsini dayandırıb. Bu qərarın Rusiyadakı texnologiya sənayesinə və biznesinə təsir edəcəyi ehtimal edilir.

2023-cü ilin avqustunda “Microsoft” Rusiya şirkətlərini gələcəkdə lisenziyanın uzadılmasının dayandırılması barədə məlumatlandırmağa başlayıb və cari lisenziyaların müddəti bitənə qədər etibarlı olacağına aydınlıq gətirib.

2023-cü ilin aprelində “Microsoft” sanksiyalardan təsirlənməyən beynəlxalq və özəl şirkətlərin Rusiya filialları üçün lisenziyaları yeniləmək imkanını təklif edib. Ekspertlər hesab edirlər ki, bu yolla şirkət Rusiya bazarında mövcudluğunu qoruyub saxlamağa və “Microsoft” proqram təminatından qeyri-qanuni istifadə səviyyəsini azaltmağa çalışıb.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər