5 C
Baku
Tuesday, February 11, 2025

“Microsoft” səhmdarları “Bitcoin”ə sərmayə qoymaqdan imtina ediblər

“Microsoft” səhmdarları “Bitcoin”ə sərmayə qoymaq ideyasının əleyhinə səs veriblər, “Bloomberg” yazır. Qeyd edək ki, kriptovalyutaya sərmayənin tərəfdarlarından biri proqram təminatı tərtibatçısı “MicroStrategy” şirkətinin həmtəsisçisi Maykl Seylordur.

Təqdimatında o, “Bitcoin” kapitallaşmasının növbəti 21 il ərzində 2 trilyon dollardan 200 trilyon dollara qədər artacağını proqnozlaşdırıb. Ümumilikdə, səhmdarların yalnız kiçik bir hissəsi “Bitcoin”ə sərmayəni dəstəkləyib.

İl ərzində kriptovalyuta iki dəfədən çox bahalaşıb və getdikcə daha çox investor onu inflyasiyadan qorunmaq üçün bir alət kimi nəzərdən keçirməyə çağırır. “Microsoft” səhmdarlarının bir qismi kriptovalyuta sənayesində iştirak edirlər ki, bu da bu cür təşəbbüslərə qarşı səs verməyi çətinləşdirir. Onlar arasında ETF-ləri olan “BlackRock” və “State Street” var.

Dekabr ayında “Bitcoin”in məzənnəsi ilk dəfə 100 000 dolları ötüb. Buna ABŞ-də prezident seçkilərində Donald Trampın qələbəsi, onun kriptovalyutalarla bağlı tənzimləmələri yumşaltmaq vədləri  kömək edib.

“Binance” məlumatlarına görə, dekabrın 11-i Bakı vaxtı ilə saat 12:16-da “Bitcoin” 97 863.54 dollara (+0.82%) ticarət edilib.

Son xəbərlər
Digər xəbərlər