22 C
Baku
Thursday, September 29, 2022

“Microsoft” şirkətindən “Apple AirPods”a rəqib olacaq ilk qulaqlıq – Qiymət $250

Microsoft şirkəti Apple AirPods-a rəqib olacaq ilk Surface Earbuds simsiz qulaqlıq istehsalına başladıqlarını elan edib.

Xarici mətbuata istinadla xəbər verilir ki, yeni qulaqlıq şarj qutusu, qeyri-adi dizayn və faydalı funksiyalara malikdir.

Bu qulaqlıq bazarda təqdim olunan bu tip cihazların əksəriyyətindən fərqlənir. Çünki sensorlu idarəetmə panelinə malikdir. Şirkət cihazı mümkün qədər sadə etməyə çalışdığını qeyd edib.

Yeni məhsul ikitərəfli mikrofonla təchiz olunub. Bu dəstin içərisində, qulaqlıqları 24 saat enerji ilə təmin edən şarj cihazı var. Bundan əlavə, istehsalçı Surface Earbuds-ı aktiv səsazaltma sistemi ilə təchiz edib.

 

Musiqini dəyişdirmək, səs səviyyəsini idarə etmək, zənglərə cavab vermək və digər xidmətlərə başlamaq imkanı ilə yanaşı, Surface Earbuds-ın maraqlı bir xüsusiyyəti var. Qulaqlıqdan PowerPoint təqdimatlarında slaydları dəyişdirmək üçün istifadə etmək mümkündür. Bundan əlavə, qulaqlıqların real vaxt rejimində bir dildən digərinə tərcümə funksiyası, həmçinin səsli qeydləri ofis tətbiqetmələrinə göndərmə imkanı var.

Microsoft yeni il tətilindən əvvəl Surface Earbuds satışını həyata keçirməyi planlaşdırır. Yeni qulaqlıqların qiyməti 250 dollardır.

©Ted.az

Son xəbərlər
Oxşar xəbərlər