12 C
Baku
Wednesday, April 24, 2024

“Microsoft” şirkəti məşhur brauzerinin dəstəyini dayandırır

ABŞ-ın “Microsoft” korporasiyası 15 iyun 2022-ci il tarixindən etibarən “Internet Explorer” brauzerinin ən son əsas versiyası olan “Internet Explorer 11”-in dəstəyini dayandırır.

Müvafiq qərar İT nəhəngi tərəfindən mayın 19-da qəbul edilmişdir.

Bununla belə, bir sıra ixtisaslaşmış nəşrlər bildirir ki, bu “Windows” əməliyyat sisteminin bəzi versiyalarını əhatə etməyəcək, xüsusən də brauzer Windows 10 LTSC versiyasında işləməyə davam edəcək.

“Microsoft” qəbul etdiyi qərarı brauzerin “köhnəlməsi” ilə izah edib. Bildirilir ki, əsas brauzerin xüsusiyyətləri artıq 2015-ci ildə istifadəyə verilən, köhnə və müasir veb-saytları və tətbiqləri dəstəkləyən “Microsoft Edge” də var.

 

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər