2 C
Baku
Saturday, December 14, 2024

“Microsoft” şirkəti “Office” brendindən imtina edir

“Microsoft” korporasiyası 31 illik təcrübədən sonra “Office” brendindən imtina etmək qərarına gəlib. Bildirilir ki, rebrendinq çərçivəsində şirkət 2022-ci ilin noyabrında “office.com” saytının adını və loqosunu dəyişəcək, eyni zamanda ofis proqramlarının yeni adı “Microsoft 365” olacaq.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Vurğulanır ki, “Word”, “Excel”, “Outlook” və “PowerPoint” proqramları əvvəlki adda qalacaq. “Microsoft” şirkəti “Office” brendini 1990-cı ildə istifadə etməyə başlayıb. İlk ofis paketinə cəmi üç proqram daxil olub: “Word”, “Excel” və “PowerPoint”.

Son xəbərlər
Digər xəbərlər