İyulun 21-də “Microsoft” şirkəti “Office” paketinin gələcək intrefeysini təqdim edib. Qeyd edildiyi kimi, onun əsas məqsədi proqramları müxtəlif qurğular üçün eyni dərəcədə rahat etmək və istifadəçinin diqqətini məzmuna yönəltməkdir.
Sadələşdirilmiş menyu
Bu gün “Office” menyusu bir-birindən ayrılıqda yerləşən lent interfeysdən ibarətdir. Şirkətin sözlərinə görə, bu variant daha çox masaüstü kompüter üçün uyğundur, digər platformalardan istifadə edən insanlar üçün isə əlverişli deyil.
“Microsoft” bu paneli sadələşdirərək, istifadəçisə onun yerini dəyişmək imikanın verəcək.
Yeni adaptiv sistem istifadəçinin konqitiv yükünü azaldaraq, bütün diqqəti bu və ya digər vəzifə üzərində cəmləşdirməyə kömək edəcək.
“Bəzi sənədlər davamlı konsentrasiya tələb edirlər, – deyə “Microsoft”un dizayn və tədqiqatlar vitse-prezidenti Con Fridman söyləyir.
Digər dəyişikliklər
İstifadə etdiyiniz proqrqamın (Excel, Word, Power Point və s.) ikonu görünəcək. Budan əvvəl “Office” bu və ya digər proqramı fərqəndirmək üçün müxtəlif rənglərdən istifadə edirdi (göy, qırmızı, yaşıl).
Eyni zamanda, səhifədə mərkəzləşdirilmiş axtarış və əmr paneli yerləşdiriləcək.
Bildirildiyi kimi, bütün bu dəyişikliklərin dəqiq nə zaman “Office”ə əlavə olunacağı məlum deyil. Fridmanın sözlərinə görə, hazırda yeniliklər test olunur.









