17 C
Baku
Monday, April 29, 2024

Microsoft şirkətindən üç innovasiya dərsi

Bu gün Microsoft şirkətinin innovasiya sahəsindəki nailiyyətləri kifayət qədər solğun görünür, bunun günahı isə daxili səbəblərdir. Sadə dil ilə desək, Bill Qeytsin tədqiqat şöbələri texnologiyalara bir neçə güclü sərmayə qoymuşdur, son nəticədə isə onlar ümidləri doğrultmamış və perspektivsiz olmuşlar. Amma bu kompaniyanın uğursuzluqlarından ümumiyyətlə innovasiyaya aid üç ədəd olduqca vacib dərs almaq mümkündür.

Innovasiya asan iş deyil

İdeyanın həyat qabiliyyətli kommersiya məhsuluna və ya xidmətinə çevrilməsi bəxt amilindən və düzgün seçilmiş vaxtdan asılı olduğu qədər də, elə həmin ideyanın özünün orijinallığından da asılıdır. Strategos konsaltinq firmasının idarə heyətinin sədri və innovasiya strategiyası üzrə məsləhətçi Hari Xemelin obrazlı müqayisəsinə əsasən, bu toxum hüceyrəsini fanatikcəsinə mayalandırmağa çalışan spermatozoidin davranışına oxşayır.

Sözün həqiqi mənasında güclü fərdlərin sayının artması, hələ eyni dərəcədə uğura olan şansların artımı anlamına gəlmir. Çünki burada hər şey başqa prinsip əsasında işləyir. Çünki nəticə etibarı ilə yalnız bir «bəxtəvər» spermatozoid toxum hüceyrəsinə daxil olur və ona həyatverici qabiliyyət bəxş edir. Təəccüblü deyil ki, Microsoft-un uğursuz proyektlərinin sayı belə çoxdur.

Çox hələ yaxşı demək deyil

Innovasiya vasitəsi ilə yüksək artım templərini saxlamaq nəhəng kompaniyalara həmişə daha çətin başa gəlir, nəinki onların xırda rəqiblərinə. Yaxşı ideyalar elə də tez-tez üzə çıxmır. Satışların həcmində ciddi artım törədə biləcək ideyalar isə daha da az rast gəlinir. İnqilabı axtarış texnologiyası olan Google isə, baxmayaraq ki, beş il ərzində onun hazırlanmasına nisbətən daha «kiçik» məbləğ sərf olunub (233 milyon dollar), dünyaya elə bir kompaniya gətirdi ki, onun cari ildəki gəlirləri artıq 1,6 milyard dollara çatmışdır. Əgər Microsoft  hətta Google ilə tutuşdurula biləcək qədər səy göstərsəydi belə (hansı ki, elə deyil), bu biznes yenə də öz gəlirləri xanasına cəmi 4 % əlavə edə bilərdi.

Müdafiəyə çəkilmək asandır

Hazırkı anda həm də daha sərfəlidir. Harvard biznes məktəbindən olan Kleyton Kristenson oturuşmuş biznesin yeni texnologiyalar ilə qarşılaşdığı situasiyanı təsvir etmək üçün «innovator dilemmasını» formalaşdırdı. Bu zaman rəhbərlər instinktiv olaraq maddi və insan resurslarını “dəstəkləyici innovasiyaların” tətbiqinə yönəldir, onlar yeni ideya qəbul etmədən, artıq duruşmuş biznesin müdafiəsi ilə məşğul olurlar. Çünki yeni ideyalar onların cari vəzifələri üçün təhlükə kəsb edə bilər. Məhz buna görə Microsoft özünün Office və Windows kimi məhsullarına bu qədər çox vaxt və vəsait sərf edir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər